EN

“Fitch Ratings” manatın dollar bağlılığının qorunmasını siyasi prioritet sayır

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” orta müddətli perspektivdə Azərbaycan hökumətinin valyuta çevikliyini artırmaq planlarına baxmayaraq, manatın ABŞ dollarına de-fakto bağlılığının qorunmasını əsas siyasi prioritet hesab edir.

Bu barədə Finns.az “Fitch”in hesabatına istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Azərbaycan Mərkəzi Bankı bank sistemində struktur likvidlik artıqlığının idarə edilməsi üçün alətlərin inkişafına davam edir və pul-kredit siyasətinin transmissiya mexanizminin səmərəliliyini gücləndirir.

Bununla belə, monetar qərarların effektivliyi müəyyən amillər səbəbindən məhdud olaraq qalır. Xüsusilə daxili pul bazarlarının yetərincə inkişaf etməməsi, bank sistemində yüksək likvidlik və nisbətən yüksək dollarlaşma səviyyəsi buna səbəbdir. 2025-ci ilin aprelində depozitlərin 40%-i azalma tendensiyasına baxmayaraq, xarici valyutada saxlanılıb, – “Fitch”in analitikləri bildirir.

Fuad Mədətov
Finss.az

Chosen
18
2
fins.az

10Sources