AZ

“Fitch” 2025 ci ildə Azərbaycan iqtisadiyyatının 3,5 % artacağını proqnozlaşdırır

Banco.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 3,5 %, 2026-cı ildə isə 2,5 % artacağını gözləyir.

Bu barədə  agentliyin hesabatında məlumat verilib.

Müqayisə üçün, 2024-cü ilin yekunlarına görə ÜDM artımı 4,1 % səviyyəsində qiymətləndirilir.

“Fitch”in hesabatına əsasən, iqtisadi artımın əsas amilləri dövlət investisiyaları və qeyri-karbohidrogen sektorlarının inkişafı olacaq.

Eyni zamanda, agentlik iqtisadi diversifikasiya istiqamətində irəliləyişin məhdud qaldığını vurğulayır. Karbohidrogen sektoru hələ də ÜDM-in 32 %-ni və ölkə ixracının 90 %-ə qədərini təmin edir.

“Fitch” iqtisadiyyatın diversifikasiyasını ləngidən amillər arasında iqtisadiyyatda dövlətin əhəmiyyətli iştirakını, məhdud maliyyə vasitəçiliyini, qeyri-enerji sektorlarına birbaşa xarici investisiyaların aşağı səviyyəsinə diqqət çəkir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın real ÜDM-i illik ifadədə 1,5 % artıb, bu artım əsasən həmin dövrdə 3,9 % böyüyən qeyri-karbohidrogen iqtisadiyyatı hesabına təmin edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
2
banco.az

10Mənbələr