FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı hakiml Slovakiyada təşkil olunan 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Gürcüstan – Portuqaliya oyununu idarə edəcək.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.
Oyun iyunun 17-də Trençin şəhərində yerləşən “Siqot” stadionunda Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, Elçin Məsiyev iyunun 12-də turnirin A qrupunun Çexiya – İngiltərə (1:3) görüşünü idarə etmişdi.