EN

Elçin Məsiyev Gürcüstan - Portuqaliya oyununa təyinat aldı

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında növbəti təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Məsiyev Slovakiyada təşkil edilmiş 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək Gürcüstan – Portuqaliya oyununun baş hakimi olacaq. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.

İyunun 17-də Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçiriləcək C qrupunun matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xatırladaq ki, Elçin Məsiyev bu Avropa çempionatının iyunun 12-də keçirilmiş A qrupunun Çexiya – İngiltərə (1:3) görüşünü idarə etmişdi.

Chosen
4
30
arena.az

10Sources