EN

Ötən həftənin xronikası: 602 yanğına çıxış oldu, 9 meyit tapıldı - VİDEO

BAKI, 16 iyun. TELEQRAF

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 602 yanğına çıxış, 37 halda köməksiz vəziyyətdə qalma, 3 intihara cəhd və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 28-i azyaşlı olmaqla 88 nəfər xilas edilib, 40 nəfər təxliyə olunub, 3 nəfər xəsarət alıb, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Chosen
37
18
teleqraf.com

10Sources