AZ

Ötən həftə 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 602 yanğına çıxış, 37 halda köməksiz vəziyyətdə qalma, 3 intihara cəhd və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Day.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 28-i azyaşlı olmaqla 88 nəfər xilas edilib, 40 nəfər təxliyə olunub, 3 nəfər xəsarət alıb, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Seçilən
50
18
day.az

10Mənbələr