EN

Azərbaycan millisi Avropa çempionu oldu

BAKI, 15 iyun. TELEQRAF

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş U17 Avropa çempionatı sona çatıb.

Teleqraf xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyində uğurlu çıxış edərək 6 medal qazanıb.

Yığma məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

Bu nəticəylə 151 xal toplayan milli növbəti dəfə Avropa çempionu olub.

Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

Chosen
23
14
teleqraf.com

10Sources