Yarımfinalda erməni rəqibimə qalib gəldim. Finalda isə rusiyalı idmançı üzərində qələbə qazandım.
"Report" xəbər verir ki, bunu Şimali Makedoniyanın paytaxtı Skopyedəki U-17 Avropa çempionatında 55 kq çəki dərəcəsində çıxış edərək qızıl medal qazanan sərbəst güləşçimiz Ruslan Əlizadə jurnalistlərə açıqlamasında deyib.
"Hazırkı hədəfim dünya çempionatıdır. Yaxşı hazırlaşıb oradan da yüksək nəticə ilə qayıtmaq əzmindəyik", - R.Əlizadə bildirib.
Qeyd edək ki, Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş millisi Avropa çempionu olub. Azərbaycan yığması qitə birinciliyində uğurlu cıxış edərək 6 medal qazanıb. Məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edilib. Bu nəticə ilə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub. Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.
Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.