EN

Gəncədə orta yaşlı kişi güllələnərək öldürülüb

Gəncə şəhərində orta yaşlı kişi güllə yarasından ölüb.

Bu barədə “Report”un Qərb bürosu xəbər verir.

Məlumata görə, orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun qətlə yetirildiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Chosen
20
8
sherg.az

10Sources