Gəncə şəhərində orta yaşlı kişi güllə yarasından ölüb.
Axar.az Report-a istinadən xəbər verir ki, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü V. Əhmədov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun qətlə yetirildiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.