ABŞ Prezidenti Donald Tramp İranla İsrailin tezliklə atəşkəs razılaşması bağlayacağına əmin olduğunu bildirib.
Viral.az xəbər verir ki, bu barədə ölkə başçısı “Truth Social” sosial şəbəkəsində yazıb.
“İranla İsrail razılaşma əldə etməlidirlər və onlar bunu edəcəklər, eynilə mənim Hindistan və Pakistandan əldə etdiyim kimi, ticarətdən istifadə edərək ağıl, birlik və sağlam düşüncəni iki əla liderlə danışıqlara gətirərək, onlar tez qərar qəbul edə və dayana bildilər”, – Tramp qeyd edib.
Son Yazılar:
- Tramp İranla İsrail arasında tezliklə atəşkəs olacağına əmindir
- İranın ümumilikdə 14 nüvə alimi öldürülüb
- ABŞ hücumlardan əvvəl İsrailə kəşfiyyat məlumatı verib
O həmçinin Tehran və Təl-Əviv arasında atəşkəsə nail olmaq üçün telefon zəngləri və görüşlərin keçirildiyini vurğulayıb.