AZ

İsraillə İran arasında razılaşma üçün “mübahisə sonadək həll olunmalıdır”

ABŞ prezidenti Donald Tramp hesab edir ki, İsrail və İran arasında münaqişənin nizamlanmasına dair razılığa gəlmək üçün ölkələrə “mübahisəni sona qədər həll etməyə” icazə verilməlidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikrini o, Kanadaya G7 zirvəsinə gedərkən jurnalistlərə açıqlayıb: "Ümid edirəm ki, razılıq əldə olunacaq. Düşünürəm ki, vaxt yetişib, necə gedəcəyini görəcəyik, amma bəzən nəticəyə çatmaq üçün mübahisəni axıradək həll etmək lazım gəlir".

Amerika lideri qeyd edib ki, ABŞ İranla "çox yaxşı anlaşır".
Qeyd edək ki, bu açıqlamadan bir qədər əvvəl isə Tramp Truth Social hesabında İranla İsrail arasında tezliklə razılaşma olacağını yazmışdı.

Musavat.com

Seçilən
38
33
musavat.com

10Mənbələr