EN

"Tezliklə İsrail və İran arasında sülh olacaq" – Tramp

ABŞ prezidenti Donald Tramp İran və İsraili razılığa gəlməyə çağırıb.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb. O deyib ki, tərəflər sülh razılaşması əldə etməlidir:
 

"İranla İsrail razılığa gəlməlidirlər və sülh əldə edəcəklər. Mən ABŞ-la ticarətdən istifadə edərək Hindistan və Pakistanı sövdələşməyə məcbur etdiyim kimi, ağıl, birlik və sağlam düşüncə gətirərək, iki görkəmli liderlə danışıqlarda tez qərar qəbul edib münaqişəni dayandıra bildim”.


Tramp əlavə edib ki, prezident kimi ilk müddətində Serbiya və Kosovo arasında müharibəyə çevrilə biləcək münaqişəni dayandırıb.

Bundan əlavə, ABŞ prezidenti qeyd edib ki, o, Misirlə Efiopiya arasında sülhə nail olub:

"Eyni şəkildə, biz də tezliklə İsrail və İran arasında sülhə nail olacağıq! Hazırda çoxlu telefon zəngləri və görüşlər gedir".


Bizim.Media

Chosen
17
33
bizim.media

10Sources