Biləsuvarda ağır qəza olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Heftelik.az-a verilən məlumata görə, iyunun 15-də saat 12 radələrində M.Ağayevin idarə etdiyi “Hyundai” markalı avtomobillə P.İsmayılovun idarə etdiyi “VAZ” markalı avtomobil Biləsuvar rayonunun Ağalıkənd kəndinin ərazisində toqquşub.
Nəticədə “VAZ” markalı avtomobildə olan 2 sərnişin hadisə yerində ölüb, sürücü və digər 1 sərnişin isə xəsarət alıb.
Qəza ilə bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, ölənlərdən birinin azyaşlı olduğu bildirilir.