AZ

Biləsuvarda ağır qəza – Ölənlər və yaralananlar var

Biləsuvarda ağır qəza olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Heftelik.az-a verilən məlumata görə,  iyunun 15-də saat 12 radələrində M.Ağayevin idarə etdiyi “Hyundai” markalı avtomobillə P.İsmayılovun idarə etdiyi “VAZ” markalı avtomobil Biləsuvar rayonunun Ağalıkənd kəndinin ərazisində toqquşub.

Nəticədə “VAZ” markalı avtomobildə olan 2 sərnişin hadisə yerində ölüb, sürücü və digər 1 sərnişin isə xəsarət alıb.

Qəza ilə bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ölənlərdən birinin azyaşlı olduğu bildirilir.

 

 

Seçilən
22
heftelik.az

1Mənbələr