EN

Hərbi tarazlıq dəyişir: İsrailin İrana qarşı hücumlarında hansı qırıcılar istifadə olunub?

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında Qırğızıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 dəfə artaraq, 516 min 52 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Qırğızıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 7 milyon 957 min 26 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 627 milyon 319 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 124 milyon 389 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 1 milyard 503 milyon 491 min dollar məbləğində dəri ixrac edib.

Chosen
28
turkic.world

1Sources