EN

Konsul İranın hücumu nəticəsində yaralandı

İranın Təl-Əvivə endirdiyi raket zərbələri nəticəsində Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı xəsarət alıb. 

"Unikal" xəbər verir ki, bu barədə Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman açıqlayıb. 

"Təl-Əvivə hücumda konsulumuzun və onun həyat yoldaşının yaralanması xəbərindən sarsıldım. Onların yaşadıqları bina vuruldu. Mən onlarla danışdım və xoşbəxtlikdən onların xəsarətləri yüngüldür və həyati təhlükəsi yoxdur", - nazir X hesabında yazıb. 

Radman əlavə edib ki, onun nazirliyi Xorvatiyanın İsraildəki səfirliyi ilə daim əlaqə saxlayır və əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.

Ağarza Elçinoğlu 

Chosen
16
19
unikal.az

10Sources