AZ

Xorvatiyanın İsraildəki konsulu və xanımı yaralanıb

İranın Təl-Əvivə raket zərbələri nəticəsində Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı yaralanıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə Xorvatiyanın xarici işlər naziri Qordan Radman bildirib.

“Tel-Əvivə hücumda konsulumuzun və onun həyat yoldaşının yaralanması xəbərindən sarsıldım. Onların yaşadıqları bina vuruldu.

Biz mülki şəxslərə və diplomatik obyektlərə edilən hücumları qətiyyətlə pisləyirik. Dərhal gərginliyi azaltmağa və təmkinli olmağa çağırırıq”, - Radman deyib.

Seçilən
25
8
olke.az

10Mənbələr