AZ

İran hücum etdi: Konsul və xanımı yaralandı

Serbiya – Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman bildirib ki, İsraildəki Xorvatiya konsulu və onun həyat yoldaşı İranın Tel-Əvivə raket hücumları zamanı yüngül xəsarət alıblar.

“Mənə məlumat verildikdə sarsıldım – konsulumuz və həyat yoldaşı Tel-Əvivə edilən hücum zamanı xəsarət alıblar. Onların yaşadığı bina vurulub,” – deyə Radman “X” (əvvəlki Twitter) platformasında bildirib.

“Mən onlarla danışdım və xoşbəxtlikdən xəsarətləri yüngüldür, həyatları üçün təhlükə yoxdur.”

Qrliç Radman əlavə edib ki, Xarici İşlər Nazirliyi İsraildəki Xorvatiya səfirliyi ilə daimi əlaqədədir və əməkdaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirləri görür.

“Biz mülki şəxslərə və diplomatik obyektlərə edilən hücumları qətiyyətlə pisləyirik. Tərəfləri dərhal gərginliyi azaltmağa və təmkinli olmağa çağırırıq,” – deyə o, bildirib.

Seçilən
21
2
editor.az

10Mənbələr