Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.
ƏƏSMN-dən Qaziler.az-a bildirilib ki, Bu tədbirlər Laçın rayonuna köçürülmüş şəxsləri də əhatə edir. Həmin sakinlərdən artıq 1150 nəfər məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan:
- 1104 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 66 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb),
- 46 nəfər isə peşə kurslarına cəlb olunub.
Laçına köçürülmüş daha bir qrup sakinin də məşğulluğuna dəstək işləri aparılır.
