Laçın rayonuna köçürülmüş sakinlərdən 1150 nəfər məşğulluq tədbirlərinə cəlb olunub.
Bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.
Belə ki, 104 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 66 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb).
Daha 46 nəfər isə peşə kurslarına cəlb olunub.