Bakı, 13 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu tədbirlər Laçın rayonuna köçürülmüş şəxsləri də əhatə edir. Həmin sakinlərdən artıq 1150 nəfər məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 1104 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib, o cümlədən 66 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb, 46 nəfər isə peşə kurslarına cəlb olunub.
Laçına köçürülmüş daha bir qrup sakinin də məşğulluğuna dəstək işləri aparılır.