EN

ABŞ defolt təhlükəsi ilə üz-üzə qala bilər

Bakı. Trend:

ABŞ maliyyə naziri Skot Bessent ölkənin dövlət borcuna görədefoltla qarşılaşa biləcəyi barədə xəbərdarlıq edib.

Trend-inməlumatına görə, o, bu fikirləri Nümayəndələr Palatasının Gəlir vəXərclər Komitəsinin dinləmələrində səsləndirib. Nazir qeyd edib ki,hazırda ABŞ-nin 36,9 trilyon dollardan çox dövlət borcu mövcuddurvə bu borcun ödənilməsi üçün mövcud vəsait yayın ortalarında və yasonlarında tükənə bilər. Bessent konkret tarix açıqlamasa da, borctavanının qaldırılmasının zəruriliyini vurğulayıb.

Nazir daha əvvəl də xəbərdarlıq etmişdi ki, əgər Konqres borclimitini artırmasa, ölkə avqusta qədər defoltla üzləşə bilər. Busəbəbdən iyulun ortalarına qədər müvafiq qərarın qəbul edilməsivacib sayılır.

Xatırladaq ki, mart ayında ABŞ Konqresinin Büdcə Ofisi də borctavanının artırılmaması halında defolt riskinin avqust və yasentyabrda reallaşa biləcəyini bildirmişdi. Ofisin uzunmüddətliproqnozuna görə, 2034-cü ilə qədər ABŞ dövlət borcunun 50 trilyondolları keçəcəyi gözlənilir.

Chosen
64
4
az.trend.az

6Sources