AZ

ABŞ bu tarixdə defolt təhlükəsi ilə üz-üzə qalacaq - Nazir açıqladı

ABŞ maliyyə naziri Skot Bessent ölkənin dövlət borcuna görə defoltla qarşılaşa biləcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, o, bu barədə Nümayəndələr Palatasının Gəlir və Xərclər Komitəsinin dinləmələrində danışıb.

Nazir qeyd edib ki, hazırda ABŞ-ın 36,9 trilyon dollardan çox dövlət borcu mövcuddur və bu borcun ödənilməsi üçün mövcud vəsait yayın ortalarında və ya sonlarında tükənə bilər.

Bessent borc tavanının qaldırılmasının zəruriliyini vurğulayıb.

Seçilən
23
2
publika.az

6Mənbələr