EN

Skuterin vurduğu aktrisanın vəziyyəti açıqlandı

Bir neçə gün öncə skuterin vurduğu, Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanın vəziyyəti açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aktirisa iyunun 6-da saat 01:00-da Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, ənsə nahiyəsinin kəllə ətraflarına keçən xətti sınığı, ənsə nahiyəsində dərialtı hematoma diaqnozları təyin edilən pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Chosen
93
28
heftelik.az

10Sources