AZ

Skuterin vurduğu aktrisanın vəziyyəti açıqlandı

Bir neçə gün öncə skuterin vurduğu, Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanın vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aktirisa iyunun 6-da saat 01:00-da Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, ənsə nahiyəsinin kəllə ətraflarına keçən xətti sınığı, ənsə nahiyəsində dərialtı hematoma diaqnozları təyin edilən pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir. Vəziyyəti stabildir".

Seçilən
100
25
avtosfer.az

10Mənbələr