EN

80 yaşlı müğənni konsertlərini ləğv etdi

Britaniyalı müğənni Rod Stüart xəstəliyi səbəbindən ABŞ-də keçiriləcək konsertlərini ləğv edib.

Oxu.Az xəbər verir ki, bu barədə o, “Instagram” sosial şəbəkəsindəki səhifəsində yazıb.

İfaçı pərəstişkarlarına müraciət edərək, qrip olduğunu bildirib.

“Müalicəyə davam etdiyim üçün iyun ayında növbəti altı konsertimi ləğv etmək və başqa vaxta təyin etmək məcburiyyətindəyəm. Üzr istəyirik, dostlar. Mən üzgünəm və pərəstişkarlarımdan hər cür narahatlığa görə bir daha üzr istəyirəm”, – o yazıb.

80 yaşlı Stüart yaxın vaxtlarda səhnəyə qayıdacağına söz verib.

Qeyd edək ki, ləğv edilmiş konsertlər iyunun 7-dən 14-nə təyin edilmişdi.

Chosen
135
50
editor.az

10Sources