AZ

Məktəblərə gül və hədiyyə QADAĞASI

Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək. 

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, 2024-2025-ci tədris ilinin bütün dövlət ümumi təhsil müəssisələrində “Son zəng” tədbirlərinin iyunun 14-də keçirilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı var.

“Cebheinfo.az” xəbər verir ki, artıq Elm və Təhsil Nazirliyindən məktəblərə xüsusi təlimat göndərilib. Təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirləri 10.00-12.00 arasında davam etməlidir. 

Sinifərin bəzədilməsi üçün valideynlərdən pul toplanması, eləcə də müəllimlərə, məktəb rəhbərliyin gül dəstəsi, hədiyyə təqdim olunması qadağan edilib. Bununla bağlı artıq məktəblərdə valideynlərin məlumalandırılması üçün iclaslar keçirilir. 

Seçilən
110
22
cebheinfo.az

10Mənbələr