EN

Bu gün İstanbulda aparılacaq Rusiya-Ukrayna danışıqlarının başlayacağı saat məlum olub  

Bu gün Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda baş tutacaq danışıqlar Moskva vaxtı ilə saat 10:00-da başlayacaq.

Parol.az xəbər verir ki, bu barədə TASS-a adının açıqlanmasını istəməyən mənbə məlumat verib.

Görüş mətbuat üçün qapalı keçiriləcək.

Görüşün Dolmabaxça sarayında təşkil olunması gözlənilir.

Ukrayna tərəfi ilə danışıqlar aparacaq Rusiya nümayəndə heyətinin İstanbulda olduğu vurğulanıb.

Chosen
148
50
parol.az

10Sources