
Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında İstanbuldakı Dolmabağça prezident ofisində aparılan danışıqlar başa çatıb.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.