EN

“Ukrayna nəzarət edə bilmədiyi ərazilərdən imtina etməlidir, lakin...” - Ali Radanın deputatı

Ukrayna hakimiyyəti nəzarət edə bilmədiyi ərazilərdən faktiki imtina etməlidir, lakin eyni zamanda, onların Rusiyaya aid olduğunu hüquqi tərəfdən tanımamalıdır.

Herbiand.az bildirir ki, bunu Ukrayna Ali Radasının deputatı Taras Tarasenko deyib.

“Biz əvvəlcə Ukrayna xalqını qoruyub saxlamalıyıq, sonra indi malik olduğumuz əraziləri qoruyub saxlamalıyıq, sonra isə daha da inkişaf etməliyik”, - deputat bildirib.

Tarasenko hesab edir ki, indi Ukrayna Silahlı Qüvvələri üçün əsl qırmızı xətlər siyasi qərarlar deyil, böyük sayda şəxsi heyət itkiləridir: “Bir çox ukraynalı veteranlar üçün ən ağrılı mövzu heç bir sərhədlər yox, silahdaşların itkisidir”.

Deputat həmçinin qeyd edib ki, həm cəbhədəki mövcud vəziyyət, həm də Ukrayna cəmiyyətinin münaqişədən sonra necə bərpa olunacağı onu narahat edir: “Əsas vəzifə birliyi qorumaq olacaq ki, daxili münaqişələr Ukraynanı içəridən sarsıtmasın”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
64
50
herbiand.az

10Sources