AZ

Ukrayna üçün 4 müharibənin sonu ssenarisi

Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın “JPMorgan Chase” investisiya bankı Ukraynadakı münaqişənin mümkün sona çatması ilə bağlı dörd müxtəlif ssenarini özündə əks etdirən təhlili dərc edib. Analitiklərin fikrincə, 2025-ci ilin ikinci rübündə sövdələşmə yarana bilər.

Hafta.az-ın yazdığına görə, bank münaqişənin bitməsi ssenarilərini “Gürcüstan”, “İsrail”, “Cənubi Koreya” və “Belarus” modelləri kimi sadalayıb, bu ssenarilərin ehtimallarını və mümkün təsirlərini qiymətləndirib.

Gürcüstan ssenarisi (50 faiz):

Ukrayna təhlükəsizlik zəmanəti ala bilmir və daxili qeyri-sabitlik davam edir. İqtisadiyyatın bərpası yavaşlayır və zaman keçdikcə xarici dəstək zəifləyir. Aİ və NATO-ya üzvlük ehtimalı azalır və ölkə tədricən Rusiyanın təsir dairəsinə düşür. ABŞ analitikləri bu ssenarini “mənfi” kimi qiymətləndirirlər.

İsrail ssenarisi (Ortalama 20 faiz):

Ukrayna xarici hərbi iştirak olmadan güclü və davamlı hərbi-iqtisadi dəstək alır. Müdafiə qabiliyyəti təkmilləşdirilir, modernləşməyə nail olunur və çəkindirici amillər yaradılır.

JPMorgan bu ssenarini “pis deyil” kimi təsvir edir.

Cənubi Koreya ssenarisi (15 faiz):

Ukrayna NATO-ya daxil deyil, lakin ərazisinin bir hissəsi Qərbin təhlükəsizlik zəmanəti və dəstəyi ilə sabitləşib.

Qərb Rusiyanın dondurulmuş aktivlərindən 300 milyard dollar alaraq Ukraynanın yenidən qurulmasına başlayır. Bu ssenari Ukraynanı uzunmüddətli perspektivdə sabit, firavan və demokratik yola çıxara bilər.

Belarus ssenarisi (15 faiz):

ABŞ dəstəyini geri götürür, Aİ müdaxilə edə bilməz, Rusiya isə Ukraynanı “Moskvanın vassalı”na çevirir. Rusiya müharibədə qalib gəlir, Qərb parçalanır və qlobal nizam əsaslı şəkildə sarsılır. JPMorgan bu ssenarini “ən pis ssenari” kimi qiymətləndirir.

Analitiklərin fikrincə, hansı ssenarinin baş tutması tərəflər arasında güzəştlərdən və Ukraynanın təhlükəsizlik təminatlarından asılı olacaq.

Seçilən
85
50
hafta.az

10Mənbələr