EN

“Rejissor və ssenarist arasında olan anlaşılmazlıq kinoda birinci problemdir” - ŞƏRH

Nə qədər internet, sosial media inkişaf etsə də, xalqımızın teleseriallara marağı heç vaxt itməyib. Serialların reytinqini isə demək olar ki, 90% əyalətlərimizdə yaşayanlar müəyyən edir. Gündüz təsərrüfat işləri ilə məşğul olan əhali gecə öz yorğunluğunu bu serialları izləməklə çıxarır. Son illər Azərbaycanda teleserialların çəkilməsi intensivləşib. Film və serial sektoruna göstərilən diqqət sahəsində aktyorlar, prodakşınlar, senaristlər, həm texniki işçilərin sosial durumları müəyyən qədər yaxşılaşıb. Lakin hələ də yerli seriallar hələ də xarici rəqabətə tab gətirmir.

Əməkdar artist, aktrisa Gülşad Baxşıyeva mövzu ilə əlaqədar MediaPost-a açıqlamasında bildirib ki, xaricdə məhz aktyor seçimi ilə məşğul olan xüsusi mütəxəssislər var:

alt

“Filmlərdə bu gün gənclər yer alır. Bizim çəkildiyimiz dövrdən fərqli olaraq, indiki rejissorlar zamanın nəbzini tutmağa çalışırlar. Lakin onlar da tamaşaçını narahat edən mövzulara toxunmalıdırlar. Bizdə rejissorla ssenari müəllifləri arasında bir-birini başa düşməmək  problemi var. Yəni tandem çox nadir hallarda olur. İndi komanda işi yoxdur. Ssenarini özününküləşdirsən də ondan uzaqlaşmaq, öz bildiyini çəkmək heç də uğurlu yol deyil. Rejissor və ssenarist arasında olan anlaşılmazlıq birinci problemdir. İkinci problem aktyor oyunudur.  Xaricdə məhz aktyor seçimi ilə məşğul olan xüsusi mütəxəssislər var. Hər rolun ruhuna uyğun aktyor seçimi aparılır. Həmçinin, bəzən maraqlı ssenarilər olsa da, onların maraqlı ekran həllini görmürük. Hərdən də əksinə,  rejissor maraqlıdır, amma ssenari maraqlı deyil”.

Fidan Ramazan

Chosen
601
8
mediapost.az

10Sources