EN

Mahnısı dünya hitinə çevrilən "Niko"s Band" Üzüm və Şərab Festivalında

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gürcüstandan olan məşhur "Niko"s Band" Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalının açılışında çıxış edəcək.
Oxu.Az xəbər verir ki, "Niko"s Band"in "Georgian Disco" mahnısı SHAZAM-da əsl sensasiya yaradıb və dünya hitinə çevrilib. "YouTube" platformasında həmin mahnının baxış sayı qısa müddətdə 66 milyonu keçib.
Kollektiv həm də sosial şəbəkələrin yeni fenomenidir. Müxtəlif sosial platformalarda indiyə kimi "Georgian Disco" mahnısına "reels"lər və "mem"lər çəkilir.
Qrup iştirakçıları ekstravaqant səhnə obrazları və ifaya yumoristik yanaşma ilə tanınırlar. İlkin olaraq Gürcüstan televiziyasında yumoristik şouda iştirak məqsədilə yaradılan "Niko"s Band" 2023-cü ildə məşhur "İItalodisco" italyan mahnısını özlərinə məxsus tərzdə ifa edir. Əvvəlcə zarafat kimi nəzərdə tutulan bu ifa birdən-birə hitə çevrilir və "Georgian Disco" adı ilə dünyada geniş populyarlıq qazanır.
"Niko"s Band"in sentyabrın 7-də Üzüm və Şərab Festivalının açılışında ziyarətçilərə heyrətamiz vokal və gözəl yumorla dolu unudulmaz çıxış vəd edir.
Festivalın bu unudulmaz çıxışını qaçırmayın!
Chosen
191
50
oxu.az

10Sources