AZ

Avropa Liqası: Bu gün "Qarabağ"ın rəqibləri bəlli olacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə "Qarabağ"ın da rəqibləri bəlli olacaq.
Liqa mərhələsində 36 komanda iştirak edəcək. Hər komanda 8 oyuna çıxacaq.
Püşkatma ərəfəsində klublar reytinqinə əsasən 4 səbətə bölünüblər. Ağdam klubu 3-cü səbətdə yer alıb. Komandalar hər səbətdən iki rəqiblə - biri ilə evdə, digəri ilə səfərdə görüşəcək.
8 turdan sonra ilk 8 yeri tutan komanda 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.
Seçilən
192
50
oxu.az

10Mənbələr