İsrail hərbçiləri oktyabrın 7-dən indiyədək ölkə ərazisinə 9 500 raketin buraxılmasını qeydə alıb.Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb."Hava hücumundan müdafiə qüvvələri qorunan ərazilərdə yüzlərlə raketi ələ keçirib və quru qoşunlarının Qəzza zolağına daxil olmasından sonra bu, nəzərəçarpacaq dərəcədə azalıb”, - məlumatda deyilir.Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu elan edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta