Altı həftəlik hərbi toqquşmalardan sonra İsrail Fələstinin HƏMAS hərəkatı tərəfindən öz ərazisinə raket hücumlarının intensivliyində əhəmiyyətli dərəcədə azalma qeydə alıb. Manset.az oxu.az-a istinadən xəbər verir ki, İsrail mətbuatı bu barədə statistik məlumatlara istinad edərək məlumat paylaşıb.Mənbə yazır ki, müharibə elan edildikdən və HƏMAS-a qarşı hava və quru əməliyyatlarının başlamasından sonra İsrailə 7 minə yaxın raket atılıb, lakin artıq intensivliyin azaldığı müşahidə edilib.Məlumatda, həmçinin qeyd olunub ki, müharibənin ilk günlərində İsraildə hava hücumu xəbərdarlığı o qədər tez-tez elan edilib ki, bir çox yaşayış məntəqələrinin sakinləri gündə bir neçə dəfə sığınacaqlara qaçmağa məcbur olublar, amma hazırda vəziyyət dəyişib.Qeyd edək ki, İsrail və HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir.