AZ

Mahmud Abbas Baydenlə danışmaqdan imtina etdi

Fələstin Dövlətinin prezidenti Mahmud Abbas Amerika liderinin oktyabrın 18-də İsrailə səfəri zamanı ABŞ prezidenti Co Baydenlə telefon danışığından imtina edib. Vətəninfo.az xəbər verir ki, bu barədə İsrailin Kan dövlət radiosu Fələstin liderinin ofisinin yerləşdiyi İordan çayının qərb sahilinin inzibati mərkəzi olan Ramallahdakı vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, ABŞ administrasiyasının rəsmiləri oktyabrın 18-də iki lider arasında telefon danışığını təşkil etməyə çalışsalar da, Abbas bu xahişi rədd edib.

Kan aydınlaşdırır ki, tərəflər bununla belə əlaqə saxlamağa davam edirlər.

Seçilən
584
2
veteninfo.az

10Mənbələr