Böyük Britaniyanın baş naziri Rişi Sunak bu gün səhər saatlarında İsrailə səfər edib.Missiya.Az “BBC” istinadən xəbər verir ki, Sunak İsrailin baş naziri Binyamin Netanyahu və prezident İsaq Hersoq ilə görüşməyi planlaşdırır. Məlumata görə, səfər iki gün davam edəcək və Böyük Britaniyanın baş naziri regionun digər ölkələrinə də səfər edəcək.“Hər bir mülki şəxsin ölümü faciədir və HƏMAS-ın dəhşətli hücumundan sonra artıq çoxlu insan həyatını itirib. Əl-Əhli xəstəxanasına edilən hücum bütün dünya üçün dönüş nöqtəsi, münaqişənin təhlükəli eskalasiyasının qarşısını almaq üçün birgə işləməyə çağırış olmalıdır. Böyük Britaniyanın bu hərəkətin önündə olmasını təmin edəcəm”, - deyə siyasətçi vurğulayıb.Daşqın HəsənovMissiya.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta