AZ

Avropada azərbaycanlılar Aygünü seçdi

Ölkənin əsas ulduzu Aygün Kazımova növbəti konsertini Avropada verəcək. Xalq artisti Almaniyada Bergkamendə səhnəyə çıxacaq. SİA xəbər verir ki, Avropada yaşayan azərbaycanlılar arasında sorğu keçirilib və ən çox istənilən müğənni məhz Kazımova olub.

Tədbir noyabrın 3-də planlaşdırılıb. Pop diva tədbirdə hit mahnılarını xaricdə yaşayan həmyerlilərimiz və gecənin qonaqları üçün səsləndirəcək. "Əziz Avropada yaşayan həmvətənlərim, nəhayət sizin görüşünüzə gəlirəm. Yeni konsert proqramımla noyabrın 3-də sizin yolunuzu gözləyəcəyəm. Yox, bu dəfə siz mənim yolumu gözləyin" deyə, ölkənin əsas ulduzu söyləyib. 3 noyabrda baş tutacaq tədbirin aparıcılığını Afaq Gəncəli edəcək.

Seçilən
349
1
sia.az

10Mənbələr