AZ

Aygün Kazımova buna görə Almaniyaya gedəcək - VİDEO

Tarix: 19 Oktyabr 2023 15:45

Ölkənin əsas ulduzu Aygün Kazımova növbəti konsertini Avropada verəcək. 
Milli.Az axşam.az-a istinadən bildirir ki, Xalq artisti Almaniyada Bergkamendə səhnəyə çıxacaq. 
Belə ki, Avropada yaşayan azərbaycanlılar arasında sorğu keçirilib və ən çox istənilən müğənni məhz Kazımova olub. 
Tədbir noyabrın 3-də planlaşdırılıb. Pop diva tədbirdə hit mahnılarını xaricdə yaşayan həmyerlilərimiz və gecənin qonaqları üçün səsləndirəcək. 
"Əziz Avropada yaşayan həmvətənlərim, nəhayət sizin görüşünüzə gəlirəm. Yeni konsert proqramımla noyabrın 3-də sizin yolunuzu gözləyəcəyəm. Yox, bu dəfə siz mənim yolumu gözləyin" deyə, ölkənin əsas ulduzu söyləyib.
Tədbirin aparıcılığını Afaq Gəncəli edəcək.
Milli.Az

Seçilən
362
11
sonxeber.net

10Mənbələr