AZ

"Bayer 04" Bakı ilə bağlı seçimini etdi

"400-ə yaxın azarkeşin Bakıya gələcəyi gözlənilir. Bakıdakı oyun üçün Almaniya təmsilçisi 400 bilet sifariş verib".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Qarabağ"ın mətbuat katibi Anar Hacı bildirib.,

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Qarabağ" - "Bayer" matçını izləyənlər arasında alman azarkeşlər də olacaq. 

Klub rəsmisi Leverkuzen klubunun Bakı səfərinin planlarını da açıqlayıb: "Rəqib komanda martın 6-da, axşam saatlarında Bakıya gələcək. Komanda "Hilton" hotelində məskunlaşacaq".

"Qarabağ" rəsmisi bilet satışı ilə bağlı da məlumat verib: "Bilet satışı yekunlaşmaq üzrədir. Böyük ehtimalla martın 6-na qədər bütün biletlər satılacaq. Satışla bağlı dəqiq rəqəmlər gün ərzində klubun sosial şəbəkə səhifələrində paylaşılacaq".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Bayer 04" görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü bundan bir həftə sonra Leverkuzen şəhərində reallaşacaq.

Seçilən
614
46
offsideplus.az

10Mənbələr