AZ

“Arsenal” Aleksandr Zinçenko ilə bağlı qərar verdi

İngiltərənin “Arsenal” klubu ukraynalı müdafiəçisi Aleksandr Zinçenko ilə müqaviləsinin müddətini uzatmaqda maraqlıdır.

Arena.az xəbər verir ki, London klubunun rəhbərliyi futbolçuya müddəti 2028-ci ilə qədər qüvvədə olacaq uzunmüddətli müqavilə təklif etməyi planlaşdırır.

Maraqlıdır ki, klub rəhbərliyi Zinçenkonun hələ uzun müddət komandada qalmasını istədiyi halda, azarkeşlər eyni fikirdə deyillər. “Arsenal” fanatları tez-tez Zinçenkonu tənqid edirlər, onun komandadan kənarlaşdırılmasını tələb edirlər. Ukraynalı futbolçunun London klubundan kənarlaşdırılmasını tələb edənlərin sayı bu mövsüm daha da artıb.

Zinçenko London klubuna 2022-ci ilin iyulunda 35 milyon avro qarşılığında “Mançester Siti”dən keçib. Ukraynalı müdafiəçinin “topçular”la müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Zinçenko “Arsenal”ın heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Zinçenko 2019-cu ildə Ukraynada ilin futbolçusu seçilib. Ukraynalı müdafiəçinin qənimətlərinin hamsı “Mançester Siti”də çıxış etdiyi dövrə aiddir: 5 dəfə Premyer Liqa çempionluğu, 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Liqa Kuboku, 2 dəfə İngiltərə Super Kuboku.

Xatırladaq ki, ukraynalı futbolçu Donetsk “Şaxtyor”unun yetirməsidir. O, “Mançester Siti”yə gedənə qədər “Ufa”da da forma geyinib. 2016-cı ildə isə müdafiəçi Niderland təmsilçisi PSV-də icarədə olub.

Aleksandr Zinçenko 2015-ci ilin oktyabrında debüt etdiyi Ukrayna millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı Aleksandr Zinçenkonu 42 milyon avro məbləğində qimətləndirir.

Seçilən
700
1
arena.az

10Mənbələr