AZ

Ulu Öndərin irsi şəhərsalma müstəvisində: gənc fəallarla görüş

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatı və partiyanın Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə Göygöl rayonu ərazisində yerləşən “Yaylaq” düşərgəsində keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin ikinci günündə gənc fəallarla “Heydər Əliyev və Azərbaycan memarlığının inkişaf strategiyası” mövzusunda görüş keçirilib.

Partiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Görüşdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə və AzMİU-nun Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova çıxış ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə deyil, həm də şəhərsalma, mədəni irsin qorunması və yaşayış mühitinin keyfiyyəti ilə əlaqələndirirdi. Hələ 1969-cu ildən Ümummilli Liderin müəyyən etdiyi inkişaf xətti əsasında regionların tarazlı inkişafına söykənən şəhərsalma siyasəti həyata keçirilib, milli memarlıq xüsusiyyətlərinin qorunması prioritet istiqamətlərdən biri olub.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən memarlıq və şəhərsalma siyasəti regionların tarazlı inkişafına xidmət edib. Həmin illərdə rayon mərkəzlərinin yenidən qurulması, sosial infrastruktur obyektlərinin tikintisi və yaşayış məkanlarının abadlaşdırılması istiqamətində mühüm işlər görülüb. Memarlıq ölkənin ümumi inkişaf strategiyasının vacib tərkib hissəsinə çevrilib, Azərbaycan memarlıq məktəbinin formalaşması və Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəaliyyəti isə bu sahədə kadr hazırlığının və elmi araşdırmaların inkişafına əhəmiyyətli töhfə verib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın beynəlxalq şəhərsalma gündəmində fəal iştirakı Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin uğurlu davamıdır. Bakıda keçirilən BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ölkəmizin qlobal urbanizasiya proseslərinə verdiyi töhfənin göstəricisi kimi qiymətləndirilib. Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi beynəlxalq etimadın və şəhərsalma sahəsində formalaşmış müsbət təcrübənin təzahürü kimi dəyərləndirilib. Vurğulanıb ki, Ulu Öndərin müəyyən etdiyi memarlıq və şəhərsalma strategiyası bu gün də aktuallığını qoruyur, Azərbaycan şəhərləri milli dəyərlərə əsaslanan inkişaf modeli ilə ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verir.

Görüşdə gənc fəallar Nazpəri Rzayeva, Pəri Muradlı, Qədir Məmmədov, Şölə İsmayılova və başqaları mövzu ilə əlaqədar öz fikirlərini bölüşüblər.

Sonra görüş iştirakçılarının sualları cavablandırılıb.

Layihədə iştirak edən gənclər Gəncə şəhərinə ekskursiya edərək şəhərin tarixi memarlıq inciləri ilə də tanış olublar. Nizami Gəncəvi məqbərəsi, Gəncə qala qapıları, Heydər Əliyev parkı, Şah Abbas məscidi, Gəncə şəhər Filarmoniyası, Cavad xan məqbərəsi, eləcə də modern Gəncədə gedən quruculuq işləri gənc partiya fəallarında böyük təəssürat oyadıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
3
azertag.az

4Mənbələr