AZ

Çempionlar Liqasının bütün iştirakçıları müəyyənləşdi

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün bütün iştirakçıları bəlli olub.Bizim.Media xəbər verir ki, turnirdə ümumilikdə 81 komanda mübarizə aparacaq.Ümumi mərhələdə (əsas mərhələ) 36 komanda çıxış edəcək ki, onlardan da 29-u artıq məlumdur. Daha 7 klub isə komandaların "çempionlar yolu" və "liqalar yolu"na bölündüyü 4 təsnifat mərhələsinin nəticələrinə əsasən müəyyənləşəcək.Ümumi mərhələyə "çempionlar yolu"ndan 5, "liqalar yolu"ndan isə 2 klub vəsiqə qazanacaq.Ümumi mərhələ: "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa", "Liverpul" (hamısı – İngiltərə), "İnter", "Napoli", "Roma", "Komo" (hamısı – İtaliya), "Barselona", "Real Madrid", "Vilyarreal", "Atletiko Madrid", "Betis" (hamısı – İspaniya), "Bavariya", "Borussiya Dortmund", "RB Leypsiq", "Ştuttqart" (hamısı – Almaniya), PSJ, "Lans", "Lill" (hamısı – Fransa), PSV, "Feyenoord" (hər ikisi – Niderland), "Portu", "Sportinq" (hər ikisi – Portuqaliya), "Brügge" (Belçika), "Slaviya" (Çexiya), "Qalatasaray" (Türkiyə), "Şaxtyor" (Ukrayna).Pley-off mərhələsi. Çempionlar yolu: "Viking" (Norveç), AEK (Yunanıstan), LASK (Avstriya), "Seltik" (Şotlandiya).3-cü təsnifat mərhələsi. Liqalar yolu: "Lion" (Fransa), NEK (Niderland), "Yunion SJ" (Belçika), "Sparta" (Çexiya), "Budyo-Qlimt" (Norveç), "Olimpiakos" (Yunanıstan).2-ci təsnifat mərhələsi.Çempionlar yolu: "Lex" (Polşa), "Orxus" (Daniya), "Tun" (İsveçrə), "Hapoel Beer-Şeva" (İsrail), "Omoniya" (Kipr), "Myellbyu" (İsveç), "Dinamo Zaqreb" (Xorvatiya), "Srvena Zvezda" (Serbiya), "Slovan Bratislava" (Slovakiya), "Çelye" (Sloveniya).Liqalar yolu: "Fənərbaxça" (Türkiyə), "Şturm" (Avstriya), "Harts" (Şotlandiya), "Qurnik" (Polşa).1-ci təsnifat mərhələsi. Çempionlar yolu: "Dyor" (Macarıstan), "Universitatya Krayova" (Rumıniya), "Levski" (Bolqarıstan), "Sabah" (Azərbaycan), "Şemrok Rovers" (İrlandiya), "Petrokub" (Moldova), "Vikingur Reykyavik" (İslandiya), "Borats Banya-Luka" (Bosniya və Herseqovina), "Ararat-Armeniya" (Ermənistan), "Riqa" (Latviya), "Drita" (Kosovo), "KuPS" (Finlandiya), "Kayrat" (Qazaxıstan), "KI Klaksvik" (Farer adaları), "Floriana" (Malta), "Larn" (Şimali İrlandiya), "Kauno Jalqiris" (Litva), "Flora" (Estoniya), "Eqnatiya" (Albaniya), "Sutyeska" (Monteneqro), "Atert Bissen" (Lüksemburq), TNS (Uels), "İberiya 1999" (Gürcüstan), "Vardar" (Şimali Makedoniya), "ML Vitebsk" (Belarus), "İnter Eskaldes" (Andorra), "Linkoln Red Imps" (Cəbəllütariq), "Tre Fiori" (San-Marino).Təsnifat mərhələlərinin oyunları 7-8, 14-15, 21-22, 28-29 iyul, həmçinin 4-5, 11, 18-19 və 25-26 avqust tarixlərində keçiriləcək. Ümumi mərhələyə sentyabrın 8-10-da start veriləcək.Turnirin final matçı isə 5 iyun 2027-ci il tarixində Madriddə baş tutacaq.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
1
bizim.media

10Mənbələr