AZ

RİNN şəhid ailələrinin əl işlərinin V sərgi-satış yarmarkasını keçirib - FOTOLAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində şəhid ailələrinin əl işlərinin V sərgi-satış yarmarkasını təşkil edib.

"Unikal" xəbər verir ki, ənənəvi olaraq keçirilən tədbir şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına töhfə vermək, onlara mənəvi dəstək olmaq məqsədi daşıyır. 

Sərgidə 32 nəfərin 430-a qədər rəsm əsəri və əl işi nümayiş olunub. 

Nazirlik və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşlarının fəal iştirakı nəticəsində təqdim olunan bütün məhsullar satılıb. 


 

Seçilən
30
4
unikal.az

5Mənbələr