AZ

RİNN şəhid ailələrinin əl işlərinin V sərgi-satış yarmarkasını keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində şəhid ailələrinin əl işlərinin V sərgi-satış yarmarkasını təşkil edib.

Musavat.com məlumat verir ki, ənənəvi olaraq keçirilən tədbir şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına töhfə vermək, onlara mənəvi dəstək olmaq məqsədi daşıyır.

Sərgidə 32 nəfərin 430-a qədər rəsm əsəri və əl işi nümayiş olunub. Nazirlik və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşlarının fəal iştirakı nəticəsində təqdim olunan bütün məhsullar satılıb.

Seçilən
16
4
musavat.com

5Mənbələr