AZ

Finlandiya hokkey üzrə beşinci dəfə dünya çempionu olub

Bakı, 1 iyun, AZƏRTAC

Finlandiya milli hokkey komandası dünya çempionatının finalında İsveçrə yığmasını 1:0 hesabı ilə məğlub edərək çempion olub.

AZƏRTAC xəbər verir ki, İsveçrədə keçirilən final görüşündə yeganə qolu əlavə vaxtın 71-ci dəqiqəsində Konsta Helenius vurub.

Bu qələbə ilə Finlandiya tarixində beşinci dəfə dünya çempionu adını qazanıb. Komanda daha əvvəl 1995, 2011, 2019 və 2022-ci illərdə də qızıl medala sahib olub.

Seçilən
2
3
azertag.az

4Mənbələr