Finlandiya milli hokkey komandası dünya çempionatının finalında İsveçrə yığmasını 1:0 hesabı ilə məğlub edərək çempion olub.
Publika.az xəbər verir ki, İsveçrədə keçirilən final görüşündə yeganə qolu əlavə vaxtın 71-ci dəqiqəsində Konsta Helenius vurub.
Bu qələbə ilə Finlandiya tarixində beşinci dəfə dünya çempionu adını qazanıb. Komanda daha əvvəl 1995, 2011, 2019 və 2022-ci illərdə də qızıl medala sahib olub.