Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Hollivud aktyorları Bred Pitt və Ancelina Colinin övladlığa götürdükləri Meddoks Coli-Pitt atasının soyadından imtina proseduruna başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TMZ portalı məlumat verib.
"Meddoks soyadının dəyişdirilməsi üçün sənədlər təqdim edib. O, Pitti silmək və soyadını və adını Meddoks Şivan Coli olaraq dəyişdirmək istəyir", - deyə portal yazıb.
Jurnalistlər xatırladıblar ki, Coli Meddoksu 2002-ci ildə övladlığa götürüb. O, uşağı yeddiaylıq olanda Kambocadakı yetimlər üçün sığınacaqdan götürüb. Pitt və Coli yaxınlaşdıqları zaman aktyor oğlanı övladlığa götürüb. Bu, 2006-cı ildə baş verib.
44 yaşlı Hollivud ulduzu Ancelina Colinin altı uşağı var: doğma uşaqları - Şaylo (13 yaş) və əkizləri Noks və Vivyen (11 yaş), eləcə də övladlığa götürülmüş uşaqları - Meddoks (18 yaş), Paks (15 yaş) və Zahara (14 yaş).
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.